featured-image-44681

“Bir azərbaycanlı olaraq “Qarabağ”dan yaxşı oyun və nəticə gözləyirəm”.

Bu sözləri Msport.az saytına açıqlamasında FIFA agenti Vaqif Heydərli deyib.

“Qarabağ”ın bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda Almaniya “Bayer”inə qarşı keçirəcəyi ilk oyunla bağlı fikirlərini bölüşən ekspert ağdamlıların layiqli mübarizə aparacağına inandığını bildirib: “Qarabağ” artıq təcrübəli və Avropa səviyyəli komandadır. Ağdam klubu bizi uğurlu nəticələrə alışdırıb. İnanıram ki, layiqli mübarizə aparacaqlar. Rəqibin kimliyi barədə nəsə demək artıq olar. Hazırda Avropanın ən formada olan 3 komandasından biridir. Amma biz elə səviyyəyə çatmışıq ki, hətta bu komanda ilə matçda belə, “Qarabağ”dan uğurlu nəticə gözləyirik. Bunun özü belə, nailiyyətdir”.

Heydərlinin sözlərinə görə, cütün favoriti “Bayer”dir: “Amma “Qarabağ” sonadək vuruşacaq. Komanda artıq bunu bacarır. Güclü rəqiblərə qarşı daha yaxşı oynayırlar”.
Futbol agentinin fikrincə, cəzalı Elvin Cəfərquliyev və Romaonun yoxluğu komandanın oyununa ciddi təsir etməyəcək: “Düzdür, hər oyunçunun yoxluğu hiss olunur. Amma “Qarabağ”da onları əvəzləyəcək layiqli oyunçular var. Elvini Toral, Romaonu isə Patrik Andrade layiqincə əvəzləyə bilər”.

Bənzər xəbərlər