featured-image-44706

UEFA-nın rəsmi saytı Avropa Liqasının 1\8 final mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Bayer” (2:2) oyununu şərh edib:

“Almaniya çempionatının vahid lideri möcüzə sayəsində məğlubiyyətsiz oyunlar sayını 35-ə çatdırdı. “Bayer” bu mövsüm bir matçda belə uduzmayıb. “Qarabağ” onları meydana yarı ehtiyat qüvvə ilə çıxdıqlarına görə, cəzalandırmağa yaxın idi. Fasilə ərəfəsində Juninyo meydan sahiblərinin iki məhsuldar əks-hücumunu təşkil etdi. “Bayer” İkinci hissədə əvəzetmələrlə vəziyyəti düzəltməyə çalışırdı. Həmin an  Juninyo zədələndi.

Meydan sahiblərinin oyununa təkcə bu zədə yox, fərdi səhvlər də  təsir göstərdi. Geriyə ötürülmüş qeyri dəqiq ötürmə Florian Virtsin hesab fərqini azaltmasına gətirib çıxardı. Matçın sonlarında Robert Andrixin iki təhlükəli ötürməsi az qala əzmkar qələbəni gətirəcəkdi”.

Bənzər xəbərlər