Bədavi Hüseynovun durumuna aydınlıq gəldi - Nə vaxt oynaya biləcək?
Milli komandamızın heyətində zədələnmiş “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Msport.az klubun saytına istinadən xəbər verir ki, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra 31 yaşlı futbolçuda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10 – 14 gün məşqlərdən kənarda qalacaq.