featured-image-38694

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin II Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.

Msport.az xəbər verir ki, bu barədə aşağı dəstə təmsilçisinin instaqram səhifəsindəki paylaşımında məlumat verilib.

Qeyd olunub ki, 26 yaşlı müdafiəçi İmişli komandasının futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib. Buna görə rəhbərlik B.Mustafazadəyə minnətdarlığını bildirib.

Xatırladaq ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.

Bənzər xəbərlər