Bəhmən Həsənov yenidən böyük futbolda
II Liqada mübarizə aparacaq “Şəki” klubunun baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb. Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.
Qeyd edək ki, Bəhmən Həsənov “Muğan” və “Rəvan” klublarının bir neçə dəfə baş məşqçisi olması ilə tanınmışdı.