Belçika millisində arzuolunmaz durum - Futbolçular bir-birləri ilə danışmırlar
Belçika millisinin düşərgəsində ab-hava pisdir.
Msport.az xəbər verir ki, bu iddianı Fransanın “L`Equipe” qəzeti irəli sürüb. Nəşrin yazdığına görə, bu yaxınlarda Kevin de Brüynenin Belçikanın DÇ-2022-də qalib gəlməsi şansları haqda fikirləri Yan Vertongenin xoşuna gəlməyib. O, hətta irəli xətdə yer alan futbolçuların az qol vurmasına ictimaiyyət önündə belə cavab verib: “hücümda olan oyunçular çox yaşlıdırlar”.
Mənbənin sözlərinə görə, komandada vəziyyət yaxşı deyil, bəzi futbolçular bir-birləri ilə danışmırlar. De Brüyne ilə Tibo Kurtua şəxsi məsələlərə görə artıq bir neçə ildir ki, münasibət qurmurlar.
Eden Azarla Leondro Trossard da bir-birlərləri ilə danışmırlar. Romelu Lukaku ilə Mişi Batşuayinin arasında da konflikt olduğu deyilir.
Bazar ertəsi Belçika yığmasının üzvləri böhranla bağlı baş məşqçi Roberto Martineslə görüşüblər. Orada məşqçinin bəzi qərarları tənqid olunub.
Belçika dünya çempionatının qrup mərhələsində son oyununu dekabrın 1-də Xorvatiyaya qarşı keçirəcək.
F qrupunda 2 turdan sonra Xorvatiya və Mərakeş 4 xalla 1-2-ci yerləri bölüşürlər. Belçika 3 xalla 3-cü pillədədir. Sonuncu Kanadanın xalı yoxdur.