featured-image-85088

“Real” əsas futbolçularından biri olan Cud Bellinqemlə uzunmüddətli müqavilə imzalamaq üçün danışıqları davam etdirir.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığı 2031-ci ilin yayına qədər uzatmağı planlaşdırır.

Yeni müqavilə imzalanacağı təqdirdə Bellinqemin illik maaşı 20-25 milyon avroya yüksələcək. Hazırda ingiltərəli futbolçunun illik məvacibi 15 milyon avronu keçmir.

Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti 2029-cu ilin yayında başa çatacaq. Madrid klubu yeni razılaşma ilə futbolçunun komandadakı gələcəyini daha uzun müddətə təmin etmək niyyətindədir.

2023-cü ilin yayından “Real”da çıxış edən Bellinqem cari mövsümdə bütün turnirlərdə 16 qarşılaşmada meydana çıxıb, beş qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər