featured-image-46380

“Bu yaxınlarda bir neçə vacib təklif almışam. Amma qərarımı mövsüm başa çatdıqdan sonra verəcəyəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın əlcəzairli futbolçusu Yassin Benzia ölkəsinin mətbuatına açıqlamasında deyib.

Əlcəzairli yarımmüdafiəçi Azərbaycanda xoşbəxt olduğunu bildirib: “Gələcəyimlə bağlı tələsmək istəmirəm. Getməyim və ya qalmağım barədə danışmaq hələ tezdir”.

O, cari mövsümdəki parlaq çıxışına görə baş məşqçi Qurban Qurbanov və komanda yoldaşlarına təşəkkür edib: “Çalışdırıcıya mənə verdiyi böyük dəstəyə görə minnətdarlığımı bildirirəm. Uğurlu çıxışımda onun da böyük rolu olub”.

Qeyd edək ki, Yassin Benzia bu mövsüm “Qarabağ”ın heyətində 15 qol və 11 məhsuldar ötürmə ilə yaddq qalıb.

Bənzər xəbərlər