Berdıyev "Turan Tovuz"u tərk edə bilər - Yenidən Rusiyada işləyə bilər
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev yenidən Rusiyada işləyə bilər. .
Msport.az xəbər verir ki, rusiyalı futbol agenti Timur Qurtskaya türkmənistanlı mütəxəssisin “Lokomotiv”ə rəhbərlik edə biləcəyini deyib.
Moskva klubunun baş məşqçisi Mixail Qalaktionovun mümkün istefası ilə bağlı danışan Qurtskaya qeyd edib ki, “Lokomotiv” onu Berdiyevlə əvəzləmək istəyir:
“Bu, futboldur. İnanmıram, amma Kurban Berdiyev haqqında danışırlar. Berdiyev haqqında şayiələr eşitmişəm. Bəli, o, Azərbaycan çempionatında işləyir, amma onu oradan, məsələn, “Axmat”dan Çerçesovdan daha asan əldə etmək olar”.







