featured-image-48059

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Həsən Arat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında danışıb.

Msport.az xəbər verir ki, funksioner 52 yaşlı mütəxəssisin İstanbul təmsilçisinin baş məşqçi postuna namizəd olmasını şərh edib.

O, Q. Qurbanovun kifayət qədər uğurlu məşqçi olduğunu deyib: “Onun haqqında çox yaxşı fikirlər səsləndirirlər”.

Qeyd edək ki, Türkiyə mətbuatında yayılan xəbərlərə baxmayaraq, Qurban Qurbanov “Beşiktaş”dan rəsmi təklif almadığını açıqlayıb.

Bənzər xəbərlər