featured-image-1133

Azərbaycan klubları “Beşiktaş”ın sabiq baş məşqçisi Önder Karaveliyə təklif göndərib.

Msport.az xəbər verir ki, bu barədə yerli jurnalist Levent Ümit Erol tviter hesabında paylaşım edib.

O, 48 yaşlı mütəxəssisin yeni mövsümdən Azərbaycan Premyer Liqasında işləyə biləcəyini yazıb.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Karaveli 2021-ci il dekabrın əvvəlindən 2022-ci il martın sonlarınadək İstanbul təmsilçisində baş məşqçi vəzifəsini yerinə yetirib.

Bənzər xəbərlər