featured-image-44839

“Beşiktaş”ın idman direktoru Samet Aybaba Almaniyaya səfər edəcək.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis orada iki avrokubok oyununu izləyəcək.

Aybaba martın 13-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Borussiya” (Dortmund) – PSV, bir gün sonra isə Avropa Liqasının 1/8 finalında “Bayer” – “Qarabağ” görüşünə tribunadan baxacaq.

İstanbul nəhəngi adıçəkilən komandaların konkret oyunçularını izləyərək raport hazırlayacaq. Aybabanın izləyəcəsi futbolçulardan biri də “Qarabağ”ın hücumçusu Juninyodu. Braziliyalı forvardın çıxışı onu razı salsa, mütəxəssis rəhbərlikdən transfer edilməsini istəyəcək.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.

Bənzər xəbərlər