"Beşiktaş" rəsmisi Qurban Qurbanovla əlaqə saxladı
Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla əlaqə saxlayıb.
Msport.az “Yeni Asır”a istinadən xəbər verir ki, o, mütəxəssisdən mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub.
Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir.
Qeyd edək ki, Fernandu Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.