featured-image-17646

Uels milli komandasının lideri Qaret Beyl öz ölkəsinin müəllimlərinə çağırış edib.

Msport.az “Planet Sport”a istinadən xəbər verir ki, futbolçu məktəblərdə Uels – İran görüşünün şagirdlərə göstərilməsini istəyib.

33 yaşlı zvingerin sözlərinə görə, Uelsin dünya çempionatında oynaması tarixi hadisədir və bunu mini-tarixi dərs adlandırmaq olar:

“İranla oyun Uels vaxtı ilə səhər saat 10-da başlayacaq. Əgər mən müəllim olsaydım, uşaqlara bu matça məktəbdə baxmağa icazə verərdim. Ümid edirəm ki, bizim müəllimlər bunu edəcəklər. Dünya çempionatında olmaq Uels üçün tarixi hadisədir.

Uşağı olan tanışlarım istəyirlər ki, övladları bu qarşılaşmanı izləsinlər. Ancaq uşaqları məktəbdən götürmək də istəmirlər. Düşünürəm ki, bir çox müəllimlər dərs əvəzinə, televizorları işə salıb oyuna baxmaqla bizə dəstək olacaqlar. Bunu mini-tarix dərsə də adlandırmaq mümkündür”.

Qeyd edək ki, bundan əvvəl Meksikada matç zamanı məktəblərdə uşaqların futbola baxmasına icazə verilmişdi.

 

Bənzər xəbərlər