featured-image-740

“Malta ilə fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir”.

Msport.az -ın məlumatına görə, bunu milli komandamızın kapitanı Maksim Medvedev Latviyaya qarşı yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

33 yaşlı müdafiəçi bildirib ki, futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirə bilməmələri bir kapitan kimi ona da pis təsir edib: “Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi”.

Medvedevin fikrincə, Azərbaycan yığması daha güclü komandalara qarşı fərqli çıxış edir: “İrlandiaya qarşı daha yaxşı hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.

Bənzər xəbərlər