featured-image-71732

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşan yığmamız məğlub olub – 0:2.

Msport.az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib:

“Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırılar. Yaxşı komandadır. Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq”.

– Rəqibin baş məşqçisi dedi ki, Azərbaycan ikinci hissədə daha yaxşı idi. Mümkün penalti epizodu haqda fikriniz necədir?

– Bəhanə kimi fikir bildirmək istəmədim. Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadənin sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada məncə penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyuna çıxdı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədə soyuqqanlılığı çatmadı.

– Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiz?

– Rüfəti bu gün qazandıq. Xəyal Əliyevi də. İnanıram i, gələcəkdə də belə davam edərlər.

– Niyə künc və stanadrt zərbələri asmalar edirdik, yerlə ötürmələr vermirik? 

– Rəqibin boşluqları var idi. Təəssüf ki, yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən zəif yerlərindən biri standart vəziyyət idi.

– “Qarabağ”da mütəmadi çıxış etməyən Abbas Hüseynov bu gün start heyətində yer aldı. Sırf Abbasın oynamasının xüsusi səbəbi var?

– Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə.

– Fransa ilə oyun öncəsi heyətdə dəyişikliklər çox olacaq?

– Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir.

-Fernandu Santuşun dövründə milli D liqasına yuvarlandı. DÇ-2026-nın seçmə mərhələsində 1 xal qazanıb. Millidən irəliləyiş gözləməyə dəyər?

– Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd C liqasına qayıtmaq olmalıdır. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır.

– Fransa ilə oyunöncəsi heyətlə bağlı nə düşünürsüz?
– Emin Mahmudov, ELvin Cəfərquliyev böyük itkidir. Heyət geniş də deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Bilirdik ki, 1 məşq edib, “Neftçi” iıə derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq.

Bənzər xəbərlər