featured-image-1687

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Msport.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bilirdik ki, bizi qarşıda ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın favoritidir. Ümumilikdə komandamız meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Düşünürəm ki, baxımlı, dinamik və maraqlı oyun alındı.

Kristof Atanqana ümumilikdə pis çıxış etmədi. Son dəqiqələrdəki penaltiyə gəlincə, ötən tur “Sumqayıt”la qarşılaşmada bizim lehimizə verilməli olan 11 metrlik cərimə zərbəsi buna daha çox oxşayırdı. Əgər belə vəziyyətlərdə penalti verirlərsə…

Qarşılaşmanın qırılma nöqtəsi elə həmin penalti idi. Fikrimcə, orada belə cərimə zərbəsi yox idi. Bizə qarşı fərqli yanaşırlar. Qapımıza dərhal təyin edirlər, amma bizim epizodlara başqa cür yanaşma olur.

Turnirdən qopmayacağıq. Komandama inanıram. Bu heyəti yığanda hamı fikirləşirdi ki, belə büdcə ilə 7-8-ci yerləri tutacaq. Sağlam komandamız var və heyətindəki futbolçularla daha yaxşı nəticəyə qadirdir. Çempionat başlayandan fikrimiz sırf Avropa Liqasına düşmək deyil. Qarşıdakı oyunu düşünürük. Daha yaxşı olmağı fikirləşirik. Hamıda iddia var. Amma bu iddia ilə alışıb-yanmaq heç kimdə yoxdur. İşimizi elə qurmuşuq ki, qarşıdakı görüşü fikirləşirik. Yekunda nəticə necə olacaqsa, bu futbolçulara təşəkkür düşür”.

Bənzər xəbərlər