“Barselona”da “Aston Villa”ya qarşı kimlər oynamayacaq?
“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Aston Villa” ilə oyuna itkilərlə çıxacaq.
Msport.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında bu haqda məlumat verib:
“Bizim 4 futbolçumuz zədəlidir: Xavi Espart, Erik Qarsiya, Andreas Kristensen və Jül Kunde. Bizim zədəli müdafiəçilərin səviyyəsini müqayisə etsək, görərik ki, bu vəziyyətdən çıxmaq asan deyil.
Lakin mən görürəm ki, Frenki de Yonq zədədən qayıdır və deyir ki, bu mövqedə komandaya kömək edə bilər. Bu, fantastikdir. Eyni şey Brayan Farinyasa da aiddir”.
Qeyd edək ki, “Barselona” – “Aston Villa” matçı bu gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.







