“Mançester Yunayted” onu gələcək baş məşqçisi kimi görür
“Mançester Yunayted”in rəhbər şəxsləri gələcəkdə komandanın baş məşqçi postunda Unai Emerini görmək istərdilər.
Msport.az xəbər verir ki, bu iddia ilə tanınmış insayder Fabritsio Romano çıxış edib.
Onun sözlərinə görə, İngiltərə klubunun bossları ispaniyalı mütəxəssisə klubun inkişafında rol oynayacaq şəxs kimi baxırlar.
Lakin Emerinin tezliklə “Yunayted”ə gələcəyinə inanmaq doğru olmazdı. “Aston Villa” 54 yaşlı mütəxəssislə vidalaşmaq fikrində deyil. Klub rəhbərliyi Emerinin fəaliyyətini yüksək qiymətləndirir.
Onun Birmingem klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Emeri 2022-ci ildən “Aston Villa”ya rəhbərlik edir.







