"Sabah"ın oyununda anşlaq olacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına bütün biletlər satılıb.
Msport.az xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb.
Stavanger şəhərindəki “Lyse Arena”da keçiriləcək qarşılaşmada anşlaq olacaq.
Arena təxminən 17 minə yaxın tamaşaçı tutur. Klub matçdan əvvəl xüsusi açılış şousunun təşkil olunacağını da açıqlayıb.
Oyun noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.







