"Heç-heçə istədiyimiz nəticə deyildi" - "Sumqayıt"ın baş məşqçisi
“Sumqayıt” Azərbaycan Premyer Liqasının X turununda öz meydanında “Şəfa” ilə heç-heçəyə razılaşıb – 1:1.
Msport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Filipe Kandido matçdan sonra fikirlərini bölüşüb:
“Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq”.







