featured-image-13113

“Nant”ın futbolçusu Samuel Mutussami “Qarabağ”la oyundan danışıb.

Msport.az xəbər verir ki, o klubun rəsmi saytına açıqlama verib:

“İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər”.

26 yaşlı yarımmüdafiəçi ikinci yarıda “Qarabağ”dan daha zəif oynadıqlarını etiraf edib: “Oyunun intensivliyinə görə “Qarabağ” daha cəlbedici idi”.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

Bənzər xəbərlər