featured-image-51452

“Bizi uzun yol və çətin oyunlar gözləyir. Bu macəraya ilk olaraq Azərbaycanda başlayacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Tamaş Peto UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycandan yaxşı nəticə ilə qayıtmaq istədiklərini bildirib: “Bizi Sumqayıta uzun səyahət gözləyir. Rəqibi yaxşı analiz etməyə çalışırıq. Lakin komandanın heyəti dəyişib. Onlarla oyunda bizi nələrin gözlədiyini bilmirik. Azərbaycan futbolunun xüsusiyyətlərindən biri də orada sərt fiziki oyuna önəm verilməsidir”.

Rəqibin qapıçısı Balaş Tot da oyunun onlar üçün çətin keçəcəyini söyləyib: “Görüşün əvvəlindən müdafiədə stabil oynamalıyıq. Bu matçda ən azı heç-heçəyə ümid edirik. Bu, qalib gəlmək istəmirik anlamını ifadə etmir. Evdə də yaxşı oyun nümayiş etdirib nəticə qazana bilərik. Necə hazırlıq keçdiyimizi göstərmək istəyirik”.

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də evdə, cavab matçını isə avqustun 1-də səfərdə keçirəcək.

Bənzər xəbərlər