featured-image-44859

Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.

Msport.az-ın məlumatına görə, 51 kq çəkidə mübarizə aparan boksçu finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 hesabı ilə məğlub olan yığma üzvü gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu çıxış edib.

Bənzər xəbərlər