Boksçumuz finalda
Azərbaycanın gənc boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.
Boks Federasiyasından Msport.az-a verilən məlumata görə, 48 kq-da çıxış edən idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.
O, rəqibini 5:0 hesabı ilə məğlub edib. N.Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 5-də olacaq.
Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün yarışı bürünc medalla bitiriblər.