featured-image-67616

“Zirə”nin futbolçusu Brahim Konate “Hayduk”la (Xorvatiya) səfər matçında meydana çıxa bilməyəcək.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la ilk matçdan sonra bildirib.

O, 29 yaşlı oyunçunun qarşılaşma zamanı ciddi zədə aldığını dilə gətirib: “Görüş zamanı onun çiyni çıxıb. Böyük ehtimalla səfər matçında meydana çıxa bilməyəcək. Adətən belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır”.

Qeyd edək ki, “Neftçi Arena”da baş tutan “Zirə” – “Hayduk” matçı 1:1 hesabı ilə bitib. Komandalar arasında cavab görüşü iyulun 31-də “Polyud Stadium”da keçiriləcək.

Bənzər xəbərlər