featured-image-18091

Braziliya millisinin zədəli hücumçusu Neymarın son durumu açıqlanıb.

Msport.az xəbər verir ki, ulduz futbolçunun sabahdan məşqlərə qatılacağı iddia olunur.

Məlumatı UOL yayıb. Onun mundialın 1/8 final mərhələsi matçında ehtiyat oyunçular skamyasında olacağı bildirilir.

Xatırladaq ki, Neymar DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiya ilə matçda (2:0) zədələnmişdi.

Bənzər xəbərlər