featured-image-17643

Braziliya yığmasının hücumçusu Neymar Qətərdə keçirilən dünya çempionatında Serbiya ilə ilk matçı sona çatdıra bilməyib.

Msport.az xəbər verir ki, o, bu matçda topuq nahiyəsindən zədə alıb.

Millinin həkimi Rodriqo Lesmar “Globo Esporte” nəşrinə açıqlamasına futbolçunun zədəsi barədə bunları danışıb:

“Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik.

Xatırladaq ki, Neymar braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatan matçın 79-cu dəqiqəsində əvəzlənmişdi.

Braziliya yığması növbəti matçını noyabrın 28-də İsveçrə millisinə qarşı keçirəcək.

Bənzər xəbərlər