featured-image-70630

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun ərhbərlik etdiyi kollektiv səfərdə Ukrayna ilə qarşılaşacaq.

Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışacaq.Bu komandalar arasında Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı.

Qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.

13 oktyabr

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

22:45. Ukrayna – Azərbaycan
Baş hakim
: Sebastian Gişamer
“Krakoviya” stadionu

22:45. İslandiya – Fransa

Bənzər xəbərlər