featured-image-71040

Kəpəz” Azərbaycan Premyer Liqasının 9-cu turunda “İmişli”yə 0:3 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Qəbələdəki oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

– Çox ağır  məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. “Qırmızı”dan sonra bütün oyun planımız pozuldu.

– Ötən tur 10 nəfər nəfərlə qalan “Şamaxı”nı məğlub etdiniz,  bu gün isə azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?

– Bəlkə də sual doğru deyil. Bu, futboldur. “Şamaxı”da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.

– İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə dəyərləndirirsiniz?

– Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.

– Qışda  yeni qapıçı transferi gözlənilir?

– Hər şey ola bilər, düşünəcəyik.

– Qapıçı seçiminizdə xüsusi səbəb var idi?

– Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.

Bənzər xəbərlər