“Bu məğlubiyyət mənimdir” – Şahin Diniyev
Əfsuslar olsun ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağı demir. İddialı komandalardan biri olacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 1-ci turunun “Zirə” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
– Fərid Nəbiyevə tez-tez iradlar bildirirdiz. Nə ilə bağlıdır?
Potensialına bələdəm. Hələ ki, tam formasına düşməyib. İlk yarıda buraxdığımız qollara görə dəyişiklik etdik.
– Azərbaycanlı qapıçı tapmadız, yoxsa necə?
– Çox istəyirəm ki, limit olanda qapıçı yerli olsun. Hüseynəli də perspektivlidir, neçə illərdir ki, zamanını gözləyir. Çempionatın yaxşı qapıçılarından biri olacaq.
İlk turdan sonra digər komandaları da gördüz. “Səbail”in potensialını neçə turdan sonra görəcəyik?
– İki tur. Birinci hissədən sonra istədiyimi ala bildimsə.. İkinci hissə uduzmadıq. Onu ala bildiksə, çox yaxındadır. Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Bu gün şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərdik. Yeri gəlmişkən, “Zirə”ni təbrik edirəm. Bugünkü qələbə və avrokuboklarda mərhələ keçdiklərinə görə.
– Taktiki səhvlərə görə bu cür uduzduz?
– Üstündən atmaq üçün deyərəm, fərdidir. Mən də məsuliyyəti dərk edirəm. Bu məğlubiyyət mənimdir. Məni çox narahat edən standart vəziyyətdən buraxılan bəsit qollardır. Burada taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? Cibrilla 30 metr azad gəldi, heç kim onu qarşılamadı.
– Hədəfiniz nə olacaq?
– Konkret içimdən gələni deyim: “Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq.