"Bu oyunun nə qədər önəmli olduğunu bilirdik" - "Şamaxı"nın baş məşqçisi
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sumqayıt” – “Şamaxı” (1:0) oyunundan qonaqların baş məşqçisi Vüqar Əsgərli CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, nəticəyə görə, məyus olduqlarını deyib:
“Oyuna çətin vəziyyətdə hazırlaşmışdıq. Məcburiyyətdən Bakıda toplaşıb, hazırlıq keçmişdik. Buna baxmayaraq, futbolçularımıza müəyyən tapşırıqlarımızı vermişdik. Bu oyunun nə qədər önəmli olduğunu bilirdik. Rəqib komanda turnir cədvəlində bizi keçməsin deyə, xal qazanmalı idik. Təəsssüf ki, hər iki hissədə yaxşı oyun sərgiləsək də, qol vura bilmədik. Futbolda olur, belə hallar. Önümüzə baxıb növbəti oyuna hazırlaşacağıq.
Hər oyundan öncə futbolçularla danışırıq ki, diqqətli olmalıyıq. Çünki rəqib komandaların heyətində təcrübəli yerli və legioner futbolçular var. Bizim komandamız gəncdir. Amma hər turda diqqətli olub, xal toplayıb, Premyer Liqada qalmağa çalışmalıyıq”.
Qonaqların baş məşqçisi Adil Nağıyevin “Səbail”ə qayıdışından sonra müdafiədə boşluqların olmadığını bildirib: “Yox, heç bir boşluq yoxdur. Düzdür, oyunumuza təsir edir, hücum planında. Onun yerini doldurmağa çalışırıq. Gələcəkdə yaxşı olacaq”.
AYXAN







