"Bu səviyyədə forvard transfer etdiyimiz üçün qürur duyuruq" - "“Nürnberq” rəsmisi
Almaniyanın “Nürenberq” klubu Mahir Emrelinin transferini açıqlayıb. Msport.az xəbər verir ki, klubun rəsmi saytında millimizin hücumçusunun zədəli olduğu və yaxın vaxtlarda oynaya bilməyəcəyi yazılıb.
I Bundesliqa təmsilçisinin baş direktoru Joti Xaçialeksiu 28 yaşlı forvardın keçidini dəyərləndirib: “Biz onun keyfiyyətlərini bilirik, buna görə də bu addımı atdıq. Mahir yetərincə beynəlxalq təcrübəsi olan hücumçudur. Bu səviyyədə forvard transfer etdiyimiz üçün qürur duyuruq. Biz Mahirlə görüşü səbirsizliklə gözləyirik və onun bərpa olunması üçün əlimizdən gələn köməyi göstərəcəyik”.
Almaniya klubunun idman direktoru Olaf Rebbe də Emrelinin transferi ilə əlaqədar fikirlərini bildirib: “Mahirdə hücumçu üçün lazım olan bir çox komponentlər var. Onun yaxşı fiziki göstəriciləri var, teniki cəhətdən bacarıqlıdır və qol duyumuna malikdir. İndi bizim əsas məqsədimiz onun qısa müddətdə komandaya və oyunumuza adaptasiya olunmasını təmin etməkdir”.