featured-image-81858

“Sabah”ın Müşahidə Şurasınn üzvü İqor Ponomaryov komandanın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını şərh edib.

Msport.az xəbər verir ki, 1988-ci ilin Olimpiya çempionu Rusiya mətbuatına qçıqlama verib:

“Bu, tarixi hadisədir! Klub cəmi 9 ildir fəaliyyət göstərir. Böyük hadisə baş verdi – biz Çempionlar Liqasına vəsiqə qazandıq! Bu, bütün Azərbaycan futbolu üçün böyük sevincdir. Buna qədər Çempionlar Liqasının qrupuna yalnız “Qarabağ” vəsiqə qazanmışdı. Artıq ikinci komanda da oldu. Bu, böyük işdir!

Futbolçuların meydanda gördükləri iş möhtəşəmdir. Çoxlu səhvlər oldu, amma vəziyyəti nəzarətə aldıq və döyüşkən ruh nümayiş etdirdik. Nəticədə qələbə bizimlə oldu”.

 

Bənzər xəbərlər