featured-image-81524

“Şamaxı” Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzub.

Msport.az  xəbər verir ki, əyalət klubunun baş məşqçisi Azər Bağırov matç barədə fikirlərini bölüşüb:

“Qarabağ”a qarşı oynayırdıq və rəqibin gücü bəllidir. Çempionatın əvvəlində komandamızda müəyyən çatışmazlıqlar var. Çalışacağıq ki, bu oyundan yaxşı nəticə çıxaraq, səhvlərimizin üzərində işləyək. Düşünürəm ki, zamanla daha yaxşı “Şamaxı” görəcəyik”.

– Hansı səhvlərə görə məğlub oldunuz? Avtoqol məğlubiyyətə təsir etdi?

– Əslində, bunlar normal oyun epizodlarıdır. “Qarabağ”ın kifayət qədər qol epizodları var idi. Avtoqol və digər səhvlər – bunların hamısı çatışmazlıqlarımız idi. Dediyim kimi, onların üzərində çalışacağıq. Qarşımızda çətin yol var, amma bunun öhdəsindən gəlməyə çalışacağıq.

– Yay hazırlıq prosesini necə qiymətləndirirsiniz?

– Normal keçdi. Bir müddət Qəbələdə hazırlıq keçdik. Əsas hazırlıq prosesini iki hissəyə böldük, daha sonra yoldaşlıq görüşləri keçirdik. Məncə, hazırlıq prosesi yaxşı alındı. Bu gün “Qarabağ”a qarşı ilk turda oynamağımızın yaratdığı müəyyən həyəcan da ilk hissədə hiss olunurdu. Amma ümumi götürəndə hər şeyin qaydasında olduğunu düşünürəm. Qarşıda çox işimiz var, əlimizdə material var və onun üzərində işləyəcəyik.

– Yeni transferlər gözlənilir?

Əslində, transferləri başa çatdırmışıq. İnşallah, qış fasiləsindən sonra ola bilər. Çatışmazlıqlarımızı gördünüz. Əks-hücumlarda bəzi epizodlar var ki, orada daha konkret qərarlar verməliyik. Kiçik səhvlərimiz var. Çalışacağıq ki, onların üzərində işləyək.

Bənzər xəbərlər