featured-image-45661

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən beynəlxalq turnirdə Cənubi Afrika Respublikası (CAR) ilə3:3 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldığı matçın əla alındığını bildirib:

“Əsas odur ki, yenidən oyuna qayıtdıq. Afrika Millətlər Kubokunu üçüncü yerdə başa vuran CAR-la əla oyun oldu. Yeni baş məşqçi Vladimir Petkoviçin rəhbərliyi altında çox çalışacağıq”.

29 yaşlı futbolçu daha sonra Əlcəzair ictimaiyyətinə söz verib: “Xalqımızı xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik”.

Bənzər xəbərlər