featured-image-36599

Yeni yaradılan II Liqada yeni mövsümə bu gün start verilib.

Msport.az xəbər verir ki, açılış matçı “ASK Arena”da “Füzuli” ilə “Cəbrayıl” arasında olub.

Nominal meydan sahibi olan birincilər erkən qollarla hesabda irəli çıxsalar da, sonda meydanı məğlub tərk ediblər. Belə ki, 7 qolun vurulduğu görüşdə Cavid Hüseynovun komandası əzmkar qələbə qazanıb – 4:3.

Xaırladaq ki, Qarabağın işğaldan azad olunmuş rayonlarının eyniadlı təmsilçiləri bunadək Region Liqasında çıxış edib. “Cəbrayıl” məhz Cavid Hüseynovun rəhbərliyi altında bu turnirin qalibi də olub.

Bənzər xəbərlər