“Çelsi”ni Bakıda neçə azarkeş dəstəkləyəcək?
“Çelsi” azarkeşləri Çempionlar Liqasının IV turunun “Qarabağ”la Bakıda keçiriləcək oyununa böyük maraq göstərir.
Msport.az xəbər verir ki, Tofiq Bəhramov stadionunda qonaq azarkeşlər üçün üç hissə ayrılıb.
Böyük Britaniyadan təxminən 1300 azarkeşin gələcəyi gözlənilir ki, bu da yerli klubların iştirak etdiyi Avropa oyunlarında qonaq komandalar üçün nadir haldır.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı 5 noyabrda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.







