featured-image-44874

IBF versiyası üzrə keçmiş Avropa və dünya çempionu Besar Nimani 38 yaşında öldürülüb.

Msport.az xəbər verir ki, veteran boksçu Almaniyanın Bilfeld şəhərində restorandan çıxarkən güllələnib.

Nimani hadisə yerindəcə ölüb.

O, 1985-ci ildə Kosovoda anadan olub, 1997-ci ildə Almaniyaya köçüb və sonra orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib.

Qeyd edək ki, boksçu bundan əvvəl – 2013-cü ildə də Bilfildin mərkəzində mübahisədən sonra atışmada yaralanmışdı.

Bənzər xəbərlər