Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində cavab oyunları bu gün başlayır.
Msport.az xəbər verir ki, ilk olaraq “Borussiya” səfərdə PSJ ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İ qarşılaşmada Dortmund təmsilçisi qələbəyə sevinib – 1:0.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda “Real” İspaniyada Almaniyanın “Bavariya” kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə qeydə alınıb.