featured-image-44580

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki cavab matçı gerçəkləşəcək.

Msport.az-ın məlumatına görə, qarşılaşmalar İngiltərə və İspaniyada keçiriləcək.

“Mançester Siti” evdə Danimarka təmsilçisi “Kopenhagen”lə üz-üzə gələcək. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar.

ÇL-in ən titullu komandası “Real” da Almaniya “Leyptsiq”i ilə ev matçı öncəsi üstünlüyə malikdir. İspaniya nəhəngi səfərdə qazandığı 1:0 hesablı qələbənin davamını evdə gətirməyə çalışacaq.

Qeyd edək ki, ötən gün “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
6 mart

00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:1.

00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.

Bənzər xəbərlər