featured-image-53817

“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I mərhələsində bu gün ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, “ağ-qaralar” Avstriyanın “Sankt-Pölten” klubu qarşılaşacaq.

Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılşacaq.

Bənzər xəbərlər