Çempionlar Liqası: "Qarabağ" cavab oyununa çıxır
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Msport.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Cəbəllütariqin “Linkoln” klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.
Matçı Danimarkadan olan Yakob Sandberq idarə edəcək.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.