Çempionlar Liqası: "Qarabağ" cavab oyununa çıxır
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Msport.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab görüşü avqustun 13-də “Ludoqorets Arena”da gerçəkləşəcək.