Çempionlar Liqası: "Qarabağ" "Dinamo"nu qəbul edir
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu qəbul edəcək.
Qarşılaşma saat 20:45-də start götürəcək.
Görüşü İngiltərədən olan hakim Maykl Oliver idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
20 avqust
“Qarabağ” – “Dinamo” (Xorvatiya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.