featured-image-52995

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Dinamo”nun (Zaqreb, Xorvatiya) qonağı olub.

Msport.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

Bənzər xəbərlər