"Qarabağ" Cəbəllütariqdən qələbə ilə qayıdır - YENİLƏNDİ
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Msport.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” da turnirdə mübarizəyə başlayıb.
Qurban Qurbanovun başçılıq etdiyi komanda Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Europa Point” stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakı olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.
———————————
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi bu gün başlayır.
Msport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq. Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq.
Start firi Bakı vaxtı ilə saat 20:00 veriləcək görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim FIFA referisi İştvan Vada Vencel Tot və İştvan Albert köməkçi olacaqlar. Bence Şonka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” – “Qarabağ”
Baş hakim: İştvan Vada
“Viktoriya” stadionu.