Çempionlar Liqası: "Real" və "Milan"dan qələbə
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilib.
Msport.az xəbər verir ki, azarkeşlər 9 oyuna şahidlik ediblər.
Gecənin prinsipial matçlarından biri İspaniyada keçirilib. “Real” evdə Almaniyanın “Borussiya” (Dortmund) kollektivini 5:2 hesabı ilə üstələyib.
“Arsenal” (İngiltərə) isə doğma meydanda Ukrayna “Şaxtyor”una (Donetsk) minimal hesabla qalib gəlib – 1:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
“Milan” (İtaliya) – “Brügge” (Belçika) – 3:1
“Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) – 5:1
PSJ (Fransa) – PSV (Niderland) – 1:1
“Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya) – 0:1
“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) – 2:0
“Jirona” (İspaniya) – “Slovan” (Slovakiya) – 2:0
“Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya) – 0:2
“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) -5:2
“Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:0
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin III turuna bu gün yekun vurulacaq.