featured-image-45116

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Msport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində, həmçinin yarımfinal və finalın potensial rəqibləri bəlli olub.

1/4 final:

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

PSJ (Fransa) – “Barselona” (İspaniya)

Yarımfinal:

“Atletiko” – “Borussiya” cütünün qalibi / PSJ – “Barselona” cütünün qalibi

“Arsenal” – “Bavariya” cütünün qalibi / “Real” – “Mançester Siti” cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.

Bənzər xəbərlər