Çempionlar Liqasında 1/8 final mərhələsi başa çatır
Çempionlar Liqasında 1/8 final mərhələsi bu gün başa çatacaq.
Msport.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. “Atletiko” ilk görüşdə uduzduğu “İnter”i qəbul edəcək.
“Borussiya” (Dortmund) isə ilk matçda heç-heçə etdiyi PSV ilə evdə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl “Bavariya”, PSJ, “Mançester Siti”, “Real”, “Arsenal” və “Barselona” 1/4 finala vəsiqə qazanıb.
13 mart
00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
İlk oyun – 0:1
00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
İlk oyun – 1:1